Ən təhlükəli peşə növləri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ən təhlükəli peşə növləri - FOTOLAR

Həftənin 5 günü 8 saat 4 divar arasında işləmək heç də düşündüyümüz kimi qorxulu deyil. Çünki, bizim düşündüyümüzdən də təhlükəli və qorxulu peşə növləri mövcuddur.

Publika.az həmin peşə sahələrini təqdim edir.

1. Sən demə timsahların da psixo analitikləri olur. Məhz həmin analitiklər timsahı quruya çıxararaq üzərində tədqiqat aparırlar. İl ərzində timsahların neçə insanı məhv etməsini statistika açıqlaya bilməz. Lakin il ərzində minlərlə insanın timsahın qurbanı olması şübhəsizdir. Ona görə də, timsah psixo analitik peşəsi çox təhlükəlidir. Bununla belə, bu peşənin əməkdaşları ayda 5200 dollar qazanır.

2. Qasırğa və fırtına zamanı insanlar qaçıb canını qurtarmağa çalışır. Lakin bir qrup insan var ki, onlar qəsdən fırtına tərəfə irəliləyir. Bu insanlar üçün fırtına ovu sanki hobbidir. Buraya alim, meteoroloq və jurnalistlər daxildir. Xidməti əvəzində isə bu insanlar 5100 dollar qazanır.

3. İlan zəhəri ölümcüldür. Amma o, bir sıra xəstəliklərə qarşı da tətbiq olunur. İlan zəhəri ovçuları ilandan zəhəri almaq üçün başını əli ilə tutaraq rezin dişlədirlər. Bundan sonra təhlükəli heyvanın zəhəri çıxaraq qaba tökülür. Bu peşənin mütəxəssisləri 2500 dollar qazanır.

4. Paraşütdən tullanaraq yanğını söndürən insanlar da həyatını riskə atır. Çünki paraşütdən yanğın ərazisinə tullanan insan sonra nə baş verəcəyini heç vaxt bilmir. Ona görə də, bu peşənin insanları 2700-2800 dollar qazanır.

5. Safari bələdçiliyi ilə məşğul olan insanlar da pis qazanmır. Belə ki, onlar 6000 dollara yaxın məvacib alır. Çünki savannaya yollanan bələdçilər başlarına nə gələcəyindən bixəbərdi. Onlar hər an vəhşi heyvanlar tərəfindən hücuma məruz qala bilər.

6. Hollivud aktyorları çətin tryukları yerinə yetirmək üçün kifayət qədər bacarıqlı deyil. Onların hərəkətlərini isə kaskadyorlar yerinə yetirir. Ekstremal peşənin insanları aya 5900 dollar qazanır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm