Şimali Koreya haqda bilmədiyimiz 15 fakt
Bizi izləyin

Bilgi.az

Şimali Koreya haqda bilmədiyimiz 15 fakt

Koreya Xalq Demokratik Respublikası – daha çox Şimali Koreya kimi tanınır – ən qapalı və gizli dövlətlərdən biridir. Şimali Koreyaya daxil olmaq və ya bu ölkədən çıxmaq elə də asan deyil. Qapalı dövlət kimi tanınan KXDR bütün dünya ictimaiyyətinin marağındadır.

Şimali Koreya həmçinin nəsildən-nəslə ötürülən monarxiyalı diktatura rejimi ilə də tanınır.

Axar.az Şimali Koreya dövləti haqda az bilinən, hər kəsə məlum olmayan faktları təqdim edir:

– KXDR-in təqviminə görə, indi 2015-ci deyil, 104-cü ildir. Çünki burada tarix ölkənin qurucusu Kim İr Senin doğum günündən başlayır.

– Şimali Koreyada dünyanın ən böyük stadionu yerləşir. "1 May stadionu" adlanan bu idman arenası 150 mindən çox azarkeş tutumuna malikdir.

– Şimali Koreyada marixuana leqaldır və narkotik maddə hesab olunmur.

– Şimali Koreyada əhali mövcud rejimə göstərdiyi sədaqətə görə 51 sosial kateqoriyaya bölünür.

– KXDR-da yalnız hərbçilərin və dövlət işçilərinin şəxsi maşın almaq hüququ var.

– Son 60 il ərzində 23 mindən çox şimali koreyalı Cənubi Koreyaya qaçıb.

– Şimali Koreya artıq kommunist dövlət deyil. 2009-cu ildən etibarən dövlət idarəçilik forması çuçxe adlanır.

– Şimali Koreyada cins geyinmək qadağandır.

– Şimali koreyalılar yalnız müəyyən olunmuş 28 saç düzümündən birini seçə bilərlər.

– 2012-ci ildə Şimali Koreya arxeoloqları təkbuynuzun qalıqlarını tapdığını elan ediblər. Tarixçilərin yerli əhaliyə verdiyi açıqlamaya görə, bu təkbuynuz qalıqlarının 2 min yaşı var və kral Tonqmunq məhz bu təkbuynuz üzərində gələrək Koguryo dövlətinin əsasını qoyub.

– Şimali Koreyada evdə Bibliya saxlamaq, pornoqrafiyaya baxmaq və Cənubi Koreya filmlərini izləmək ölüm cəzası ilə nəticələnir.

– Hər 5 ildən bir KXDR-də seçki keçirilir. Lakin seçki bülletenlərində yalnız bir şəxsin adı olur.

– Şimali Koreya vətəndaşları 2014-cü ildə futbol üzrə dünya çempionatını 24 saatlıq gecikmə ilə izləyiblər.

– Şimali Koreya Cənubi Koreyaya təhlükəli virusların ötürülməsi üçün faksdan istifadə edir.

– 1962-ci ildə Şimali Koreyaya keçən 6 amerikalı əsgər hələ də orada qaçqın kimi yaşamaqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm