• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Görünüşləri ilə insanı dəhşətə salan antik yırtıcılar – FOTOLAR

  • Maraqlı
  • 17 İyun 2015 15:37
  • 1 205 Baxış
Görünüşləri ilə insanı dəhşətə salan antik yırtıcılar – FOTOLAR

Avropa arxeoloqları qədim insanların formalaşmasından əvvəl antik dövrdə yaşamış ayrı-ayrı heyvanlarla bağlı araşdırmaların nəticəsini açıqlayıblar. Bir sıra maraqlı tapıntılar əldə etmiş arxeoloqlar bəzi qədim heyvanların bərpa edilmiş formalarını təqdim ediblər.

Publika.az xəbər verir ki, bu siyahıda adını ilk dəfə eşitdiyimiz nəsli kəsilmiş heyvanlar da kifayət qədərdir.

Siyahıda birinci yerdə qərarlaşan platibelodon filin oxşarı olan heyvan imiş. Lakin onun xortumu müasir nəhənglərdən kəskin fərqlənib. Bu heyvanlar eramızdan 15 milyon il əvvəl mövcud olublar.

Bir zamanlar mövcud olmuş tüklü kərgədanın yaşama arealı qədim mamontların yaşadıqları ərazi ilə üst-üstə düşüb. Hər iki nəhəngin nəslinin kəsilməsi səbəbləri də eyni olub: iqlim dəyişikliyi və qədim insanların ov məşğuliyyətlərinin təkmilləşməsi.

Unikal qidalanma sisteminə malik Dodo quşunun bərpa edilmiş forması antik quşun bir sıra özünəməxsus xüsusiyyətlərinin olduğunu göstərir. Bu heyvan dişlərinin olmaması ilə diqqəti cəlb edir. Lakin ovunu asanlıqla yeyə, həzm edə bilirmiş.

İridişli pələng - 30 santimetrlik kəsici dişlərə malik heyvan imiş. Bu yırtıcının həm də güclü caynaqları olub.

Qorxu yaradan dişlərə malik Deodonun skeletlərinin uzunluğu bir metrdən çox olsa da, o, 2 metr hündürlüyə malik imiş. Bu qorxulu heyvan çəkisinin (1 tona yaxın) ağırlığı ilə də seçilib.

Nəhəng çömçəquyruq adlandırılan qədim heyvan 75 santimetr qanadlara malik olub. Onun sürəti saatda 35 kilometr imiş. Bu heyvanın qida rasyonuna cürbəcür həşəratlar daxil imiş.

Yazıda təqdim etdiyimiz nəsli kəsilmiş heyvanlardan ən nəhəngi Osteodontornisdir. Zürafə kimi hündürboylu olmuş bu heyvanın qanadlarının uzunluğu 14 metrə çatırmış. Osteodontornisi sonradan uydurulmuş əjdahaların "əcdadı" da adlandırmaq olar.

Alimlər hesab edir ki, hər bir müasir insanın genofondunda neandertalların genofondunun 1-4 faizi yaşayır. Bu, hər kəsdə bir cürdür...

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR