• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Mayya qəbiləsi başçılarından birinin şifrəsi açıldı

  • Maraqlı
  • 18 İyun 2015 04:58
  • 734 Baxış
Mayya qəbiləsi başçılarından birinin şifrəsi açıldı

Meksika tədqiqatçıları Mayya hindularının qəbilə başçısı Pakalın 60 il bundan qabaq aşkarlanan sərdabəsindəki yazının şifrəsini açmağa müvəffəq olublar.

Alimlərin iddiasına görə, heroqliflə yazılmış sözlər "doqquz iti nizənin evi" mənasını verir.

Sərdabə 1948-ci ildə arxeoloq Alberto Rus tərəfindən tapılıb. Müasir tədqiqatlar Gilyermo Bernala qədim Palenke şəhərində yerləşən sərdabədəki yazının mənasını tapmağa imkan verib.

"Bu cür ifadə daha çox Mayya sivilizasiyasının klassik dövrünə, əsasən də onlarım mədəniyyətinin çiçəklənməsi dövrünün sonu olan VIII əsr üçün xarakterikdir. 800-cü ildən sonra bu xalqın təmsilçiləri tərəfindən ucaldılan tikililər bir çox halda həmin dövrdə gedən müharibələr nəticəsində dağılmağa başlayıb", - deyə Bernal məsələyə aydınlıq gətirib.

VII əsrdə anadan olan Pakal 12 yaşında hakimiyyət başına keçib. Belə hesab edilir ki, məhz o, Maya memarlığının qədim abidəsinin - məşhur Palanke şəhərinin tikilməsinin təşəbbüskarı olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR