Bu qadın gün ərzində 1 saat yatır - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu qadın gün ərzində 1 saat yatır - FOTOLAR

Böyük Britaniya sakini 31 yaşlı Bleyk Leyxi 6 il müddətində yuxu pozğunluğundan əziyyət çəkib. Nəticədə, qadın o vaxtdan etibarən gecələr cəmisi 1 saat yatıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadının övladı dünyaya gəldikdən sonra onda yuxusuzluq sindiromu başlayıb. O, ilk körpəsinin gecələr ağlamasını eşidə bilməyəcəyindən narahatçılıq keçirib.

Bleykin hazırda 5 yaşı olan qızı kolitdən əziyyət çəkdiyi üçün tez-tez ağlayıb. Bleykin ikinci qızı da dünyaya gələndə tarix yenidən təkrarlanıb. Daim qızının başının üstündə duran qadın yuxusuzluq problemi yaşamağa başlayıb.

Qadın yuxusuzluq, depressiya və əsəbdən müalicə almaq üçün işini də tərk etməli olub. O, 4 il müddətində müxtəlif yuxu dərmanları qəbul etməyə başlayıb, lakin nəticəsi olmayıb. Bleyk 6 ildən sonra hipnozun köməkliyi ilə yuxu sistemini normaya sala bilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm