Kraliçanın şlyapasının rəngi mərcə qoyuldu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kraliçanın şlyapasının rəngi mərcə qoyuldu - FOTOLAR

Böyük Britaniyada illik at yarışları start götürüb. Berkşir qraflığındakı Askot şəhərindəki yarış ona görə nüfuzlu hesab edilir ki, kraliça II Yelizaveta hər il yarışlar zamanı bura səfər edir. Hökmdar qadın ənənələrə uyğun olaraq, yarış başlamazdan düz 30 dəqiqə əvvəl cıdır meydanına gəlir, hamını üstü açıq karetdən salamlayır, çaparlarla ünsiyyətdə olur, sonra isə tribunada əyləşir.

Kral ailəsinin digər üzvləri də cıdır yürüşünü izləmək imkanlarını əldən verməyiblər: Şahzadə Filip, şahzadə Çarlz həyat yoldaşı Kamilla ilə, şahzadə Harri, şahzadə Anna, Zara Filips, şahzadə Beatris və bir çox başqaları tədbirdə iştirak ediblər. Yalnız şahzadə Uilyam ilə Ketrin belə mühüm hadisəni diqqətdən kənar qoyublar. Cütlük vaxtlarını gələn ay 2 yaşı tamam olacaq Georqa və yeni doğulan körpələri Şarlottaya həsr edirlər.

Yarışlarda mərc oyunları da təşkil edilir. "Royal Ascot"-un mükafat fondunun ümumi məbləği 5,5 milyon funtdur. Bukmerker kontorları hətta kraliçanın yarışlara hansı rəngdə şlyapa taxacağı ilə də bağlı mərc oyunları təşkil edirlər. Bu il kraliça Yelizaveta bu il daha parlaq küpə çiçəyi rəgnli şlyapa taxıb.

Publika.az Kral at yarışlarının ən qeyri-adi şlyapalarının otolarını təqdim edir:

Banu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm