Uğura gedən yolu qısaldan rənglər haqqında bilinməyənlər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Uğura gedən yolu qısaldan rənglər haqqında bilinməyənlər - FOTOLAR

Tanrı hər kəsi eyni dərəcədə mükafatlandırmadığı üçün insanlar ta qədimdən bəri uğurun sehrli formulunu axtarırlar. Halbuki şəxsi və iş həyatında uğurlu olmaq üçün paltarın hansı rəngdə olmasına fikir vermək kifayətdir. Çünki rəng seçimi sizin bütün həyatınızı dəyişə bilər!

Hələ XX əsrin əllinci illərin ortalarında Maks Lyuşer sübut edə bilib ki, rəng insan orqanizminin bütün sisteminə təsir göstərir. Ona görə də bu mövsümün dəbdə olan rənglərə müraciət etməzdən əvvəl onların sizə, həm də bu gün qarşınıza qoyduğunuz məqsədlərə uyğun gəldiyini öyrənməlisiniz. Publika.az bu haqda maraqlı məqaləni təqdim edir:

Soyuq mavi

Moda evləri pastel mavi tonlarının pərəstişkarlarını sevindiriblər, mövsümün sevilən rəngi də şəksiz mavi olacaq. 2015-in yay dəbi bu rəngdə olan modellərin bolluğu ilə seçilir. Bu rəng qədim zamanlardan bəzi aristokratik və nəcib mənşəyi ilə assosiasiya olunur. Mavinin açıq çalarları çox işləyən insanlar və sənətkarlar üçün idealdır. Bu rəngin pərəstişkarları məqsədyönlülüklə və gözəl intuisiyayla fərqlənir, bundan başqa, rəng terapevtləri iddia edirlər ki, soyuq mavi baş ağrılarını çəkir, o cümlədən arıqlamağa çalışan insanlar üçün idealdır, çünki iştahanın aşağı düşməsinə kömək edir.

Yasəmən

Bu il dəbdə olan yasəmən rəngli axşam geyimləri və nəfis krujeva paltarlar ilk baxışdan heyran edirlər. Bu, təsadüfi deyil, çünki bənövşəyi yeni təşəbbüslər üçün idealdır, onu yaradıcı, başqalarına oxşamaq istəməyən, fikirlərinə əhəmiyyət verməyən şəxsiyyətlər seçirlər. Qədim çinlilər inanırdı ki, gözəl yasəmən rəngi istənilən qarşılıqlı dialoqda anlaşmaya nail olmağa kömək edir. Ola bilər, məhz onun sayəsində, siz öz ikinci yarınızı tapa bilərsiniz...

Narıncı

Parlaq və şən narıncı bu yay çox məşhurdur. O, tonusda qalmağa kömək edir, yaradıcılığa həvəs oyadır. Bu rəng sizə və sizin ətrafınızdakı insanlara yaxşı təsir göstərir, həyatda müsbət tərəfləri görməyə kömək edir, iradəni möhkəmləndirir və itirilmiş bədən tarazlığını qaytarır! Əgər gününüzün hər anını müsbət enerji və şən əhval-ruhiyyə ilə doldurmaq istəyirsinizsə, bu rəngi seçin.

Yaşıl

Yaşılın zərif və boğuq tonları bu yay bütün modapərəstləri bəzəyəcək. Bu rəngin çalarları rahatlaşdırıcı təsirə malikdir. Təbiət ilə assosiasiya edilən yaşıl mənfi emosiyalardan xilas olmağa kömək edir. Uğur əldə etməyi və inkişaf perspektivini asanlaşdırır. Yaşıla üstünlük verən insanlar, çox cazibədardır, onlar istənilən vəziyyətdən ən yaxşı çıxış yolu seçməyi və təhlil etməyi bacarırlar. Eyni zamanda onlar çox həssas və xeyirxah olur. Lakin digərlərindən bir qədər qapalı olmaları ilə seçilirlər.

Qara və ağ

Mövsümlərdən və dəbdən asılı olmayaraq, dizaynerlər qara və ağ rəng həvəskarlarını diqqətdən kənar qoymurlar. Qara rəngi sirlidir, bu rəngə üstünlük verənlər adətən əsl niyyətini gizlədirlər, ənənəvi olaraq rəsmi tədbirlər üçün münasib sayılır. Ağ rəng təmizlik və dinclik rəmzidir. Ağ və qaranın vəhdəti isə fikri cəmləşdirməyə kömək edir, daha çox məqsədyönlü insanlar üçün uyğundur. Çünki bu rəngin vəhdəti həmsöhbətini inandırmağa kömək edir və nüfuzunu artırır.

Rənglər həyatımıza təsir göstərir, lakin bu təsirin səbəbkarı biz onu özümüz oluruq. Unutmayın ki, geyim qadının şəxsiyyəti olmalıdır. Qadın geyimə və rənglərə deyil, geyim ona tabe olmalıdır.

Geyim sənayesi ilə məşğul olan modelyerlər öz kolleksiyalarının yaradılması zamanı rənglərin mənaları və onların harmoniyasını öyrənir, parça və fasonların yaradılmasında bu məqamı mütləq nəzərə alırlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm