12 milyard il əvvəl partlamış ulduzun şəkilləri görüntüləndi-Foto
Bizi izləyin

Bilgi.az

12 milyard il əvvəl partlamış ulduzun şəkilləri görüntüləndi-Foto

12 milyard il əvvəl partlamış ulduzun şəkilləri görüntüləndi-Foto

Rus astronomları 12 milyard il bundan qabaq partlamış ulduzun şəkillərini çəkə biliblər. Rusiyanın Tunkin vadisi astrofizik poliqonunda yerləşdirilmiş “Master” teleskopu martın 4-də ulduzun görüntülərini qeydə alıb.

“Master” teleskopunun aldığı görüntülərdən 8 saat sonra Muçaços vulkanında quraşdırılmış dünyanın ən nəhəng optik teleskopuna malik olan “Gran Telescopio Canarias” partlamış ulduzu qeydə aldı və onun 12 milyard il yol gəlməsini təsdiqlədi. Qeyd edək ki, “Master” teleskopu uzaq keçmişdə baş vermiş partlayışın zəif işıqlarını sezən ilk teleskopdur.

Rəsədxananın direktoru qeyd edib: “Qədim mənbəyə malik olan işıq bizim planetə çatması üçün 12 milyard ildir ki, yol gəlir. Ulduz partlayan zaman hələ nə bizim günəş sistemi, nə də kainatımız mövcud idi. Yalnız 8 milyard ildən sonra Yer Kürəsi ilə yanaşı Günəş sistemi formalaşdı”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm