Suyun altında 5 min əhalisi olacaq şəhər tikilir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Suyun altında 5 min əhalisi olacaq şəhər tikilir – FOTOLAR

Yaponiyada suyun altında yeni şəhər inşa edilir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yeni yaşayış məskəninin 5 min sakini olacaq. Suyun altında yaşayacaq yeni şəhərin sakinləri balıq ovu, elmi-tədqiqat məsələləri və digər işlərlə məşğul olacaqlar.

Yeni şəhərin inşası ölkənin 5 ən böyük şirkətindən olan "Shimizu Corporation" (əsası 1804-cü ildə qoyulub) Yaponiyada ərazi, torpaq çatışmazlığı probleminin həllini dənizin altında yeni şəhər tikməkdə görür. Artıq yeni şəhərin dizaynı və arxitektura planı da hazırdır.

Layihənin müəllifləri suyun altında inşa olunacaq şəhərin 15 ilə hazır olacağını bildririlər.

Şirkətin mətbuat sözçüsü Masataki Noquçi yeni layihənin 25 milyard dollar investisiya tələb etdiyini bildirib.

Suyun altında şəhər layihəsi Tokio universiteti ilə Yaponiyanın Elmi-Geoloji Dəniz Agentliyinin, habelə dövlət qurumlarından birinin birgə təşkilatçılığı ilə hazırlanıb. Burada 15 kilometrlik lift quraşdırılacaq. Şəhərin ətrafında nadir balıq növlərinin yetişdirilməsi ilə məşğul olacaq ferma da salınacaq. Maraqlıdır ki, yeni şəhərdə istirahət parkı, restoranlar və otellər də inşa ediləcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm