• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişi cildinə girmiş qadınlar - FOTOLAR

  • Maraqlı
  • 19 İyun 2015 23:36
  • 674 Baxış
Kişi cildinə girmiş qadınlar - FOTOLAR

Tarix boyu qadınlar kişilərlə bərabər hüquqa malik olmağa can atıb. Qədim zamanlarda qadınlar kişilərin tutduğu vəzifədə iştirak etmək üçün yalana, hiyləyə əl atmalı olublar. Məsələn, qadınlar "kişi hüququna" yiyələnmək üçün elə onlar kimi geyinərək onlardan seçilməməyə çalışıblar.

Publika.az kişi kimi geyinərək tarixdə öz sözünü deyən qadınları təqdim edir:

Ceyms Berri

Marqaret Enn Balkli məhz bu ad arxasında gizlənib. O, Ceyms Berri adı altında XIX əsrdə məşhur ingilis hərbi cərrahı olub. Cənubi Afrikada işləyən qadın son günlərinə kimi özünün kimliyini büruzə verməyib və kişi adı ilə işləyib. Təkcə Marqareti çimizdirən ev qulluqçusu bu sirrdən agah olub.

Frensis Kleyton

Ceka Uilyams adı altında çıxış edən Frensis Kleyton məşhur amerikalı hərbçi olub. O, ABŞ-da vətəndaş müharibəsi illərində döyüşüb. Onun sirri 1863-cü ildə yaralandıqdan sonra aşkar edilib. Bundan sonra, Frensis ordudan uzaqlaşdırılıb.

Nadejda Durova

Özünü Aleksandr kimi təqdim edən 18 yaşlı Nadejda Andreyevna, rus ordusu tərkibində vuruşmağa gedib. Əsgər forması ilə Nadejda bir neçə döyüşdə çıxış edib. Vətəni uğrunda vuruşan qadının sirri çar I Aleksandr tərəfindən aşkar edilməsinə baxmayaraq, Nadejda orduda uzaqlaşdırılmadı.

Katalina Eraso

Zamanında bu qadına "leytenant-rahibə" təxəllüsü verilib. XVI əsrdə yaşayan Katalina Çili müharibələrində Alonso Dias Ramires de Qusman adı ilə çıxış edib. Döyüşlərin birində yaralandıqdan sonra onun cinsi bəlli olub. Bununla belə, Roma Papasının icazəsi ilə Katalina kişi geyimini əynindən çıxarmayıb.

Doroti Lourens

Birinci dünya müharibəsində müxbir olmaq və müharibə dəhşətlərini göstərmək üçün Doroti kişi kimi geyinərək özünü döyüş meydanına atıb. Onun həqiqi cinsi bəlli olduqdan sonra Dorotini casusluqda ittiham edərək döyüş meydanından uzaqlaşdırdılar.

Hua Mulan

Hua Mulan və ya Fa Mulan VI əsr Çin poeziyasının qəhrəmanlarından biridir. Poemaya görə, Mulan kişi kimi geyinərək qocalmış atasının yerinə döyüşə gedir. Günlərin birində isə onun sirri ordu tərəfindən aşkar edilir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR