Beş “ada”dan ibarət göydələn - FOTO
Bizi izləyin

Bilgi.az

Beş “ada”dan ibarət göydələn - FOTO

Fransanın "Neutelings Riedijk Architects" memarlıq şirkətinin hazırladığı "Beş" (Le Cinq) adlanan göydələnin layihəsi Parisdə keçirilən beynəlxalq müsabiqəyə təqdim olunub.

Hündürlüyü 180 metrə çatan qüllə bir-birinin üzərində yerləşən 5 "ada"dan ibarətdir. Binanın hər beş hissəsinin damında yaşıllıq salınacaq.

Göydələndə 110 min kvadrat metr sahə ofislər üçün nəzərdə tutulub. Bundan başqa burada 300 nömrəlik otel, ticarət mərkəzi və avtomobillər üçün parkinq də olacaq.

Layihədə yaşıl texnologiya və alternativ enerji mənbələrinin tətbiqinə də geniş yer veriləcək. Bu isə binanın enerjiyə tələbatını xeyli azaldacaq. Bundan əlavə, göydələndə liftlərdən daha çox pilləkənlərdən istifadə ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm