• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Niyə qadınlar kişilərdən daha çox yaşayır? – 5 səbəb

  • Maraqlı
  • 21 İyun 2015 15:30
  • 769 Baxış
Niyə qadınlar kişilərdən daha çox yaşayır? – 5 səbəb

Statistika göstərir ki, insan ömrü orta hesabla 78 il, 6 həftədir. Proqnozlara görə, 2012-ci ildə dünyaya gələn qız uşağı təxminən 81.2 il yaşayacağı halda, eyni ildə dünyaya göz açan oğlan uşağı təxminən, 76.4 il ömür sürəcək.

Bəs, görəsən, bu, nədən qaynaqlanır? Qadınlar niyə daha uzunömürlü olurlar?

Publika.az qadınların kişilərdən daha çox yaşamasının 5 səbəbini təqdim edir:

1. Kişilər həyatın ağır üzünü hələ ana bətnindəykən görməyə başlayır. İnfeksiya və xəstəliklərə yaxalanma riski qızlara nisbətən daha yüksək olan oğlan uşaqlarının beyin və ciyərləri də qızlarla müqayisədə gec formalaşır. Bu problemlər oğlan uşağının hələ dünyaya gəlmədən ömrünün azalmasına gətirib çıxarır.

2. Ürək xəstəlikləri həm qadınları, həm də kişiləri təhdid edir. Ancaq kişilər bu problemlə daha çox rastlaşırlar. Məsələn, infarkt keçirmə riski 30-40 yaşdan etibarən kişiləri təhdid etdiyi halda, qadınlar, əsasən, 50 yaşdan sonra ürəyin zədələnməsi faktı ilə qarşılaşır. Buna səbəb də estrogen hormonudur. Həmin hormon damarları qoruduğundan infarkt təhlükəsi qadınların klimaks dövrünə kimi müəyyən qədər aradan qalxır.

3.Qadınların ətrafında daha çox dost-tanış olur. Güclü sosial əlaqələri olan insanların ölüm riski 50 faiz azalır. 2010-cu ildə aparılan araşdırmalardan birində kişilərin daha tez vəfat etmələrinin səbəbi onların ağlamaması və dərdlərini paylaşmaması ilə izah edilib. Qadınlar problemlərini rəfiqələri ilə bölüşür, beləliklə, stress və narahatçılıqdan xilas olurlar. Ona görə də, ömürləri uzanır.

4.Qadınlar kişilərə nisbətən, sağlamlıqlarına daha çox fikir verirlər.

Qadınların çoxu ideal çəkidə qalmaq üçün sağlam həyat tərzini seçir, sağlamlığın düşməni olan yağlı, duzlu qidalardan uzaq dururlar. Üzünün qırışmasından qorxan qadınlar siqaret və içki aludəçiliyindən çəkinirlər.

5. Qadınların ömrünü uzadan başqa bir səbəb isə uşaqlıq vaxtı daha sakit olmalarıdır.

Beynin risk və məsuliyyət hisslərini hesablayan "frontal lob" adlı bölgə qadınlarda daha tez inkişaf edir. Kişilərdə bu inkişaf yavaş gedir. Ona görə də, oğlan uşaqları daha dəcəl və cəsarətli olurlar. Bu da onların daha çox qəza keçirmələri, yaralanmaları, hətta qalıcı sağlamlıq problemləri ilə üzləşmələrinə səbəb olur.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR