• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xərçəngin “yediyi" məşhurlar - FOTO

  • Maraqlı
  • 21 İyun 2015 19:54
  • 1 855 Baxış
Xərçəngin “yediyi" məşhurlar - FOTO

Xərçəng ən ağır xəstəliklərdən biridir. Onun qarşısını nə sosial, nə də maddi vəziyyət ala bilir. Pul xərçəng xəstəsinin ömrünü uzada bilər, lakin tamamilə müalicə edə bilməz.

Publika.az ölümcül xəstəlik ucbatından dünyasını dəyişən bir sıra məşhurları təqdim edir.

Janna Friske, 40 yaş

Məlum olduğu kimi, iki gün öncə rus estradasının məşhur ifaçısı Janna Friske uzun sürən xəstəlikdən sonra vəfat edib. Hələ 2014-cü ilin əvvəlində həkimlər Jannaya beyin şişi diaqnozu qoyub. Janna xəstəliyə təslim olmadan ABŞ, Almaniya, Çin kimi ölkələrdə müalicə alıb. Lakin o, bununla ömrünü bir neçə ay uzada bildi, sonda isə əcəl öz sözünü demiş oldu.

Stiv Cobs, 56 yaş

Bu şəxs zamanında ağlı və texnoloji yenilikləri ilə hamını təəccübləndirmişdi. Stiv Cobs dünyaya "iPhone" kimi avadanlığı bəxş etdi. Lakin 3 il xərçənglə mübarizədən sonra Cobs 2011-ci ildə mədəaltı vəzin xərçəngindən vəfat etdi.

Marçello Mastroyanni, 72 yaş

Dahi aktyor ömrünün son illərində bu xəstəlikdən əziyyət çəkirdi. O, mədəaltı xərçəng xəstəliyinə düçar olmuşdu. Buna baxmayaraq, aktyor ölənə qədər fəaliyyətini dayandırmadı. O, səhərlər kimya terapiya qəbul edər, axşamlar isə səhnəyə çıxardı.

Edit Piaf, 47 yaş

1961-ci ildə 46 yaşlı Edit Piafa sağalmaz qaraciyər xəstəliyi diaqnozu qoyuldu. Xəstəliyə baxmayaraq, Edit ölənə qədər tamaşası qarşısına çıxdı. Ölümündən az öncə sonuncu dəfə səhnəyə çıxan Editi tamaşaçılar ayaqüstə alqışlayıb.

Patrik Ueyn Sueyzi, 57 yaş

Patrik 1991-ci ildə planetin "ən seksual" kişisi adını almışdı. Məşhur "Ruh" filmindən tanıdığımız hamının sevimlisi olan Patrik mədəaltı vəzin xərçəngindən əziyyət çəksə də, hamını sağaldığına inandırmağa çalışırdı. Bununla belə, Patrik 2009-cu ildə 57 yaşında vəfat etdi.

Luçano Pavarotti, 71 yaş

Məşhur italyan opera ifaçısı Luçano Pavarotti 2007-ci ildə mədəaltı vəzin xərçəngindən vəfat edib.

Uolt Disney, 65 yaş

Hər bir uşaq Uoltun cizgi filmləri ilə böyüyüb. O, 1966-cı ildə ağciyər xərçəngindən vəfat etsə də, onun cizgi filmləri hələ də, yaşayır.

İv Sen-Loran, 71 yaş

Həkimlər məşhur dizaynerə 2007-ci ildə "beyin xərçəngi" diaqnozu qoydular. O, müalicə almaq üçün Parisə yollansa da, 71 yaşında vəfat etdi. Qəzetlərin yazdığına görə, Sen-Loren ölümündən 2 gün öncə Pyer Berjlə həmcins nikaha daxil olub.

Bob Marli, 36 yaş

1977-ci ildə Marlinin ayağının baş barmağında bədxassəli melanoma aşkar edilib. O, barmağını amputasiya etməkdən imtina etdi. Çünki bundan sonra bir daha rəqs edə bilməyəcəyindən qorxdu. 1980-cı ildə Bob Marli konsertlərin birində huşunu itirdikdən sonra Amerika turnesini təxirə saldı: xərçəng inkişaf edirdi. İntensiv müalicəyə baxmayaraq, Bob Marli 1981-ci ildə vəfat etdi.

Ueyn Mak Laren, 51 yaş

Malboro siqaretinin reklamından olan əfsanəvi kaskadyor, model siqaret əleyhinə olsa da, həkimlər ona ağciyər xərçəngi diaqnozu qoyublar. O, xəstəliklə uzun müddət mübarizə aparsa da, sonda məğlub oldu.

Odri Hepbern, 63 yaş

1992-ci ildə həkimlər Odriyə yoğun bağırsaq xərçəngi diaqnozu qoyublar. O, şişi götürmək üçün bıçaq altına uzanmağa da qərar verdi. Bununla belə, əməliyyatdan üç həftə sonra Odrinin səhhəti yenidən pisləşib. Bu isə o demək idi ki, xərçəng yenidən aktrisanın bağırsağında peyda olub. O, 1993-cü ildə vəfat etdi.

Hüqo Çaves, 58 yaş

Venesuelanın keçmiş prezidenti Hüqo Çaves 2013-cü ildə xərçəngdən vəfat edib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR