Bilgi.az
Paralel dünya haqqında FAKTLAR
Məşhur "Həyatdan sonra həyat" və "Ölümdən sonra həyat"
kitablarının müəllifi Raymond Moudi həkim tanışı Corc Ritçidən
eşitdiyi bir hadisədən sonra, bu mövzularla maraqlanmağa başlayıb.
Gənc həkim Ritçi 1949-cu ildə Texasda yerləşən Kemp-Barkli hərbi
xəstəxanasında ağır sətəlcəmdən müalicə alırdı. Dekabrın 20-si
qəfildən onun temperaturu yüksəlir və o, şüurunu
itirir.
"Ayıldıqdan sonra gördüm ki, naməlum yerdə uzanmışam. Yerimdən
qalxıb, paltarlarımı axtarmağa başladım. Paltarlarım yox idi. Lakin
bayaq uzandığım yerdə, qəribə sarımtıl dərili adam uzanmışdı. Bu
ölü idi. Onun barmağında iri qaşlı almaz üzük vardı. Bu mənim
anamın üzüyü idi və mən onu dörd il idi ki, özümdə
saxlayırdım".
Meyidin ona aid olduğunu anlayan Ritçi dəhşətli dərəcədə qorxur və
dəhlizə çıxıb, sanitarı çağırır. Lakin sanitar onu eşitmir.
"Sanitar mənə fikir vermirdi, elə bil ki mən yox idim. Bir neçə
dəqiqədən sonra, o, mənim içimdən keçdi. Mənə aydın oldu ki, hansı
yol iləsə, bədənim hissi qabiliyyətini itirib. Həm də başa düşürdüm
ki, orada-morqda uzanan meyid mənə məxsusdur. Gedib onunla
birləşməliyəm".
Otaqdan-otağa girən Ritçi, öz bədənini axtarmağa başlayır. "Nəhayət
həmin otağı tapdım. Meyidimin üstünü örtmüşdülər. Lakin əlləri
çöldə qalmışdı. Sol əlində həmin üzük vardı. Mən meyidin üstünə
örtülmüş mələfəni qaldırmağa cəhd etdim, amma alınmadı. Onda başa
düşdüm: bu ölümdür! Həmin anda otaq işıqla doldu. Elə sakitlik və
xoşbəxtlik idi ki, əbədiyyən həmin işıqda qalmaq istəyirdim..."
Bütün həyatı Ritçinin göz önündən keçir. Ona belə bir sual
verirlər: "Yerdə olduğun müddətdə nələr etmisən?" Heyrətlənmiş
Ritçi cavab verir ki, nəsə etmək üçün çox cavan olub.
Paralel dünyalar
"Sonra otağa yeni işıq doldu və mən birdən bizim dünyamıza paralel
bir dünyaya düşdüm. Orada qəribə kədərli üzlü insanlar vardı. Mən
əvvəllər işlədikləri müəssisənin dəhlizlərini gəzən məmurlar
gördüm. Amma onları heç kim görmürdü. Öz altı yaşlı oğlunun yanı
ilə gedib, dayanmdan onunla danışan ana gördüm, amma uşaq nə onu
görür nə də eşidirdi. Düşündüm ki, bəlkə də bu insanların beyni o
qədər iş-güclə doludur ki, ölərkən də onlardan ayrıla bilmirlər.
Düşündüm ki, görəsən bu cəhənnəmdir? Sonra daha iki dünyaya baxdım.
İkinci dünya da paralel yerləşmişdi amma tamam fərqli idi. Orada
hər kəs özünə qapanaraq, həqiqəti axtarırdı. Mən heykəltəraşlar,
filosoflar, bəstəkarlar, ixtiraçılar gördüm. Orada kitabxanalar,
elmi düşüncələrin saxlanıldığı müxtəlif laboratoriyalar vardı.
Sonuncu dünyaya gözucu baxdım. Orada işıqdan düzəlmiş şəhər gördüm.
Evlər, divarlar, küçələr parıldayırdı, orada gəzənlər isə mənim
yanımdakı varlıq kimi işıq saçırdılar".
Sonra həkim Ritçi yenidən xəstəxana otağına düşür və yavaş-yavaş
özünə gəlir. Qeydiyyat otağına girən Ritçi öz xəstəlik tarixçəsinə
göz gəzdirir. Orada yazılmışdı: Sıravi Corc Ritçi: ölüm 20 dekabr
1949-cu ildə baş verib, iki tərəfli sətəlcəm".
"Sonralar mən ölümüm haqqında nəticə çıxaran həkimlə danışdım. O
dedi ki, öldüyümə şübhəsi olmayıb. Lakin on dəqiqə sonra, onun
yanına bir sanitar qaçıb və mənə adrenalin vurulmasını istəyib.
Həkim ürək nahiyəmdən adrenalin vurub və görüb ki, bədənim
canlanmağa başlayır."
Keçmiş, indi və gələcək yoxdur
Raymond Moudi deyir ki, kliniki ölüm keçirən insanların təxminən 40
%-i iddia edir ki, keçmiş, indi və gələcək haqqında bütün
biliklərin yox olduğu bir məkana düşüblər.
Moudinin tədqiq etdiyi pasiyent qadınlardan biri danışırdı: "Bütün
həyatım gözlərimin önündən keçdi. Sonra hiss etdim ki, əsrlərin
sirrini, bəşəriyyətin, varlığın məğzini bilirəm. Mən hər şeyi
bilirdim. Geri qayıtmağa qərar verdikdə isə mənə dedilər ki, bu
biliklər itəcək. Lakin heç nə üçün peşman deyiləm. Ölümümə az
qalmış, uşaqlarımın yanına qayıtdım.Yadımdadır, biliklər bütün
formalarda idi: Görüntü, fikir, səs... Elə hiss edirdim ki, sanki
mənə naməlum heç nə yoxdur."
Ya hər şeyi bil, ya da yerdəki həyatına davam
et!
2500 il əvvəl Platon döyüşdə öldürülən Eranın, ölüm hadisəsini
analiz edirdi. Ölən döyüşçülərin meyidləri 12 gün sonra
yandırılarkən, Era qəfildən dirilmişdi. O, paralel dünyada çox
şeylər görmüşdü. Onu həyata qaytarmışdılar ki, ölümdən sonrakı
həyat barədə danışsın.
Bəzi kliniki ölüm keçirən insanlar əminliklə deyir ki, ölümdən
sonrakı həyatda da universitetlər və təhsil ocaqları var. 19 yaşlı
Villi Kraiçça: "Mən əmin idim ki, tələbəyəm. Qarşımda müəllimlər
var idi. Onların bilikləri mənə daxil olurdu. Lakin mən
qayıtdım".
Beş gün komada qalan 49 yaşlı bombeyli Rəhman Padeşa deyir: "Elm və
məlumatlar çox asanlıqla mənə daxil olurdu. Sanki mən onları hazır
cavablar şəklində udurdum".
Ölümdən sonrakı həyatın bilikləri bəzən, insanların alt şüuruna
girə bilir. İtaliyan bəstəkarı və skripkaçısı Cüzeppe Tartini bir
dəfə yuxuda görür ki, şeytan onun skripkasını çalır. İlk səslər
Tartinini heyrətləndirir. Səhər ayılanda o, musiqini xatırlayır və
ona " Şeytanın zənguləsi" adını verir. Bu sonata bəstəkarın ən
gözəl əsəri hesab edilir.
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu