Dünyanın ən uzun pizzası - FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən uzun pizzası - FOTO

İtalyanlar 1595 metr uzunluğunda pizza bişirərək dünya rekorduna imza atıb.

Axar.az xəbər verir ki, bu gün Milan şəhərində "Planeti qidalandırmaq, həyat üçün enerji" şüarı ilə təşkil edilən "Ekspo-2015" sərgisində "Pizza Günü" qeyd olunub.

80 usta dünyanın ən uzun pizzasını hazırlamaq üçün 1700 kiloqram mozarella pendiri, 1500 kiloqram pomidor sousu və 150 şüşə də zeytun yağı istifadə edib.

Bişirmək üçün 5 sobadan istifadə edilən "U" formasında olan pizza 800 ədəd stolun üstünə yerləşdirilib.

Pizzanın ümumi uzunluğunun 1595 metr, ağırlığının isə təxminən 5 ton olduğu bildirilib.

"Ginnesin Rekordlar Kitabı"nın rəsmisi Lorenzo Veltri pizzanın uzunluğunu ölçərək "dünyanın ən uzun pizzası" olduğunu təsdiqləyib.

Pizzanın 300 metrlik hissəsi yoxsullara paylanacaq.

Qeyd edək ki, daha əvvəl "Dünyanın ən uzun pizzası" rekordu 2011-ci ildə İsyanyanın Tomelloso şəhərində 1141 metr uzunluğundakı pizza idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm