“Brilyant əl” filminin açılmamış sirləri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Brilyant əl” filminin açılmamış sirləri - FOTOLAR

Rusiyanın məşhur "Mosfilm" kino yaradıcılıq birliyi bir hissəsi Azərbaycanda, o cümlədən paytaxt Bakıda çəkilmiş, məşhur "Brilyant əl" filminin maraqlı fotolarını və indiyə qədər gizli saxlanılmış bəzi məqamlarını açıqlayıb.

Publika.az xəbər verir ki, filmin ssenarisi rejissorun ağlına jurnalist A.Saxninin "Pravda" qəzetində dərc olunmuş məqaləsindən sonra gəlib. Jurnalistin həmin dövrdə mətbuatda dərc olunmuş yazısı qaçaqmalçılıqla məşğul olan cinayətkarların fəaliyyətinin gizli məqamlarına aid olub. Müəllif yazının bir yerində qeyd edib ki, cinayətkarlar qaçaq malı, o cümlədən zinət əşyalarını bəzən gipsə büküb bir ölkədən digərinə keçirirlər. Filmdəki məşhur gips əhvalatı bu baxımdan jurnalistin düşüncəsinin məhsuludur.

"Brilyant əl"in "xarici ölkə" bölümü Bakıda, lakin "Qorbunkov" hissəsi isə Soçidə çəkilib.

Maraqlı və ilk dəfə açıqlanan epizodlardan biri də bundan ibarətdir – xatırlayırsınıza, qaldırıcı kran Yuri Nikulini qaldırıb "ZİS-110" avtomobilinin içinə atır. Həmin vaxt aktyorun başına dəyən zərbə təsadüfən olmuşdu, o, ssenaridə yox idi. Heç planlaşdırılmırdı da. Bu mənada aktyora doğrudan da güclü zərbə dəyir. Lakin biz bunu adi, ssenarinin tərkib hissəsi kimi qarşılayırıq.

Andrey Mironovun Bakıdakı çəkilişdə, İçərişəhərin küçələrindən birində yerə yıxılması elə birinci dublda uğurlu alınmışdı. Amma Yuri Nikulin neçə dəfə buna cəhd göstərsə də, onun yerə yıxılması səhnəsi film üçün uğurlu alınmır. Onun ayağının altına banan, qarpız qabığı qoymaq da kara gəlmir.

Bizə yalnız indi məlum olur ki, filmdə yerə yıxılan şəxs heç də aktyor Nikulin deyilmiş. Həmin epizodda onun yerinə Leonid Kanevskiy özü yıxılıb.

Başqa bir maraqlı məqam filmdə milislər sərxoş şəxsi apardıqları zaman onun səsini rejissor özü çıxarıb.

"Brilyant əl" kimi adlandırılmış filmin adı əslində "Qaçaqmalçılar" olmalı imiş. Lakin Semyon Semyonoviçin (Yuri Nikulinin) filmin bir hissəsində gipsdə gəzməsi onun adının dəyişdirilməsinin əsas səbəblərindədir.

Bütün bunlar bir yana, "Brilyant əl"də lentə alınmış, lakin heç birimizin bu günə qədər eşitmədiyimiz bir epizod da var. Semyon Smeyonoviçin xanımı onun qolunu tutub ərinə şad xəbər verir: "Senya, sənə demək istəyirəm ki, bizim oğlumuz olacaq". Bu səhnə də sonradan montaj olunaraq ssenaridən çıxarılıb.

Yuri Nikulin filmin çəkilişlərinə fasilə verildikdə bakılılarla nərd oynamağı çox sevirmiş.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm