• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qəhvə maşını”, elektrik plitəsi, telefonlardan qeyri-adi yeniliklər – FOTOLAR

  • Maraqlı
  • 22 İyun 2015 20:35
  • 570 Baxış
“Qəhvə maşını”, elektrik plitəsi, telefonlardan qeyri-adi yeniliklər – FOTOLAR

Minsk sakini Dmitri Tixonenko ölkəsinin ən bacarıqlı vətəndaşıdır.

Publika.az xəbər verir ki, ölkənin paytaxtında yaşayan bu şəxs bütün məişət avadanlıqlarının təmiri ilə məşğul olur. Lakin maraqlı olan təkcə onun bütün məişət avadanlıqlarını təmir etməsini bacarması ilə yekunlaşmır. Məsələ burasındadır ki, o, ayrı-ayrı məişət əşyalarından əsil şedevrlər yaradır. Üstəlik, fərqli əşyaları birləşdirərək onlardan yeni avadanlıqlar, bəzək əşyaları düzəltməklə qeyri-adi bacarığını ortaya qoyur.

Tibbi soyuducular, elektrik plitələri, gün eynəkləri, telefonlar, mikrodalğalı sobalar Dmitrinin əlinə düşəndə qeyri-adi istedadlı bu insan şəxsi emalatxanasında bu əşyaları cürbəcür formaya salır, bəzən də onlardan yeni avadanlıqlar da hazırlayır.

Televizora xüsusi audiosistem quraşdırmış istedadlı sənətkar təkcə məişət avadanlıqlarını təmir etmir, həm də onlara əl gəzdirərək, bu avadanlıqları onların sahibləri üçün ideal vəziyyətə salır, onların üzərinə xüsusi funksiyalar quraşdırır.

Bütün bunlar Dmitrinin təmir etdiyi məişət əşyalarının istifadə rahatlığını daha da artırır.

Tixonenkonun qeyri-adi bacarığını onun məişət əşyalarını xüsusi görkəmə və vəziyyətə salması da sübut edir. Dmitri xanımının ona bağışladığı telefonu elə gözəl bəzəyib ki, mobil avadanlıq əsil incəsənət əsərinə bənzəyir.

Dmitrinin kəşf etdiyi xüsusi kofe maşınını isə onun mükəmməl ixtirası adlandırmaq olar.

Minskin qeyri-adi istedada malik ustasının əl qabiliyyəti olan məişət əşyalarının fotolarını təqdim edirik.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR