• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Heç vaxt böyüməyəcək “uşaq”- FOTOLAR

  • Maraqlı
  • 23 İyun 2015 06:10
  • 698 Baxış
Heç vaxt böyüməyəcək “uşaq”- FOTOLAR

Cənubi Koreyada yaşayan Yomyinq Şin, ilk baxışdan yetkinlik yaşına qədəm qoymuş məktəbli oğlana bənzəyir. Əslində isə Şinin 26 yaşı var.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, koreyalı oğlan "dağ adamı" sindromundan əziyyət çəkdiyi üçün onun bədəni fiziki cəhətdən qocalmır və inkişaf zəif gedir.

Onun hətta, oğlan uşağına məxsus zəif səsi, qısa boyu, uşaq siması var. Yaşının az görünməsinə baxmayaraq, 26 yaşlı koreyalı içki içir və günlərini əyləncə klublarında keçirdir. Elə buna görə də, çox vaxt klub üzvləri onu dərsdən qaçan uşaq kimi qəbul edir.

Koreyanın "Piter Peni" adını almış oğlan əslində uşaq olmadığını və 1989-cu ildə dünyaya gəldiyini sübut etmək öz üzərində hər zaman şəxsiyyət vəsiqəsini gəzdirir.

Şin doğularkən səhhəti qaydasında olub. Lakin sonradan onun inkişafı birdən-birə dayanıb. Buna baxmayaraq, 163 santimetr boya malik olan və hələ də, yetkinlik yaşına çatmayan Şinin səhhətində heç bir problem yoxdur.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR