2500 dollarlıq ev toyuğu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

2500 dollarlıq ev toyuğu - FOTOLAR

Vyetnamda yetişdirilən Donq Tao cinsli toyuqlar, öz görkəminə görə fərqlənir. Belə ki, ev heyvanlarının ayaqları heç də toyuqlara xas olmayan formadadır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, toyuqların bu növü Hanoy şəhəri yaxınlığında yetişdirilir. Nadir cins toyuğu kral ailəsi üçün xüsusilə bəslənilib. Donq Tao cinsli toyuqlar imkanlı müştərilər üçün bahalı restoranlarda stola qoyulur. Toyuqların yoğun ayaqları isə delikates hesab olunur. Toyuqların çəkisi 6 kiloqramdır, kök ayaqlarının qalınlığı isə insan biləyi qədərdir. Bu nadir toyuqlar daha çox öz qiyməti ilə fərqlənir. Çünki Donq Tao cinsli toyuğun əti 2500 dollaradır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm