18 yaşını qeyd edən 114 yaşlı “qarı” – FOTOLAR
Bizi izləyin

Bilgi.az

18 yaşını qeyd edən 114 yaşlı “qarı” – FOTOLAR

Şəkillərdə gördüyünüz qadının yaşlı insan olduğunu güman edə bilərsiniz. Əslində isə o, 18 yaşlı qızdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Filippində dünyaya gəlmiş yeniyetmə bu yaxınlarda 18 yaşını qeyd edib. Anna Roşele Pondare nadir genetik xəstəlikdən əziyyət çəkdiyi üçün onun bədəni sürətlə qocalmağa doğru gedir. Həkimlərin sözlərinə görə, Annanın 18 yaşının olmasına baxmayaraq, əslində onun 144 yaşı var.

Adətən progeriya xəstəliyindən əziyyət çəkən insanlar 14 yaşa kimi yaşayır. Lakin Anna daha uzun ömürlü olaraq şahzadə geyimi və taxt-tacında 18 yaşını qeyd edib.

Anna fiziki cəhətdən 114 yaşlı insan hesab olunduğu üçün ona Asiyanın ən uzun ömürlü insanı adı verilib.

"Həkimlərin sözlərinə görə, mən sürətlə qocalıram və yaşamağıma çox az qalıb. Mən nadir progeriya xəstələrindən biriyəm ki, bu vaxta qədər yaşayıram", - Anna deyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm