Solaxaylıq yalnız insanlara aid xüsusiyyət deyil
Bizi izləyin

Bilgi.az

Solaxaylıq yalnız insanlara aid xüsusiyyət deyil

Alimlərin araşdırması kenquruların hərəkətlərində bədənin sol yarısından istifadə etdiklərini ortaya çıxarıb. Solaxaylığın yalnız insanlara məxsus olmadığı məlum olub.

Sankt-Peterburq universitetinin bioloqu Yeqor Malşevin rəhbərlik etdiyi qrupun araşdırması kenquruların çoxunun hərəkətlərində bədənin sol yarısının işlədildiyini müəyyənləşdirib. Avstraliyada yaşayan fərqli kenquru növlərini araşdıran elm adamları boz və qırmızı kenquruların doğuşdan solaxay olduğu, kiçik kenquruların (valabi) yeməyi sol əlləri ilə yedikləri nəticəsinə gəliblər.

Bu araşdırmanın nəticələri Böyük Britaniyanın "Current biology" jurnalında dərc edilib.

Bundan əvvəlki araşdırmalarda dişi pişiklərin əsasən sağ, erkək pişiklərin isə sol əllərini işlətdikləri, tutuquşuların çoxunun solaxay olduqları, yapon balıqlarının təhlükə anında daha çox sağ tərəfə qaçdığı, bəzi balinaların qidalarını çənəsinin sağ tərəfi ilə çeynədiyi göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm