Bilgi.az
Bu adam 3 ildir timsahla dostluq edir – VİDEO
Timsahı gördükdə qorxmayan, yaxınlaşdıqda isə ani də olsa təlaşlanmayan adamı təsəvvürə gətirmək çətindir. Amerikanın, Afrikanın və Asiyanın su hövzələrinin bu nəhəng heyvanları hətta görünüşləri ilə bizləri qorxuya salır. Yalnız bir nəfərdən – Çitodan başqa. Bu şəxs artıq 3 ildir timsahla dostluq edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onun timsahla dostluğu, nəhəng yırtıcı ilə suda çimməsi, mehriban davranışları hər kəsi təəccübləndirir.
Hər şey 2012-ci ildəki maraqlı olaydan sonra başlayıb. Belə ki, daim yaralı heyvanlara kömək edən Çito su kənarında yaralı timsah balasına kömək göstərməyə, onu müalicə etməyə başlayıb. Timsah balasını yedirən Çito tədricən bu heyvanla dostlaşıb. Timasahın tamamilə sağalması üçün o, 3 il əziyyət çəkməli olur. Bütün bunlar onunla yırtıcı arasında dostluğun yaranmasına səbəb olub.
İnandırıcı olmasa da, Çiko hətta bəzən suya girib, balıqları timsaha özü yedirdir. Heyvanlara qayğı göstərməyi sevən bu adam indi böyüyüb nəhəng yırtıcıya çevrilmiş timsaha ad da qoyub - Poço.
Çito deyir ki, o, artıq timsahı ev heyvanı kimi əhliləşdirə bilib. Üç illik müalicə, gündəlik qidalandırma Poço xilaskarının dost luq etməsi ilə nəticələnib.
Bütün bunlar onu göstərir ki, dünyanın nəhəng yırtıcıları belə qayğı və sevginin qarşılığını verirlər.
Qeyd edək ki, insanla timsahın nadir dostluğu barəsində sənədli film də çəkilib.
Anar Tağıyev
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO