Təyyarədə yersiz zarafat etməyin: Polis sizi gözləyir
Bizi izləyin

Bilgi.az

Təyyarədə yersiz zarafat etməyin: Polis sizi gözləyir

İstanbuldan Brüsselə uçacaq təyyarədə iki sərnişinin bomba "xəbərdarlığı" onları polisə qonaq edib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxmağa hazırlaşarkən iki sərnişin zarafatla təyyarədə bomba olduğunu deyiblər. Bu barədə qısa zamanda pilotlara məlumat verilib, onlar da polisə xəbərdarlıq ediblər.

Polis axtarış aparsa da, sonda bunun zarafat olduğu məlum olub. Təyyarə 2 saat gec havaya qalxsa da, zarafat edən sərnişinlər ona minə bilməyiblər. Çünki onlar həmin vaxt polisə ifadə verərək, nə üçün yalan xəbər yaydıqlarının səbəbini izah etməyə çalışıblar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm