Albert Eynşteynin oxşarları fləşmob keçirdilər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Albert Eynşteynin oxşarları fləşmob keçirdilər - FOTOLAR

Dünya şöhrətli fizik Albert Eynşteynin 300-dən çox oxşarı Los-Ancelesdə fləşmob keçirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Eynşteyn kimi geyinmiş və özünü ona bənzədən iştirakçılar bununla mart ayında Berkli şəhərində "Black Pine Circle" məktəbinin şagirdlərinin analoji dünya rekordunu təzələmək istəyiblər. O zaman fləşmoba 319 nəfər qoşulmuşdu.

Los-Anceles fləşmobunun iştirakçılarından biri 81 yaşlı Benni Vassermanın sözlərinə görə, fləşmoba qoşulmalarında məqsəd "School on Wheels" üçün vəsait toplamaqdır. Bu, kimsəsiz uşaqların təhsil aldığı məktəbdir.

Qeyd edək ki, xeyriyyə məqsədilə daha əvvəl Los-Ancelesdə Tomas Mann küçəsində Albert Eynşteynin tez-tez qonaq olduğu ev satışa çıxarılmışdı . Obyektin qiyməti 4, 495 milyon dollar idi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm