Planetin yeganə ilahələri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Planetin yeganə ilahələri - FOTOLAR

Nepaldakı ilahə uşaqlar lap nağıllardakı şahzadələr kimi yaşayırlar. Lakin gec və ya tez nağıl bitir. Kumari Devi adını almış ilahə qızlar böyüyərək bu statusdan məhrum olur və real həyata qayıdırlar.

Publika.az planetimizdə yaşayan ilahələri təqdim edir.

Müxtəlif canlı və cansız tanrı və ilahələrə bir çox mədəniyyətlərdə rast gəlmək mümkündür. Məsələn, Qədim Mesopotamiyada tanrı qiyafəsinə girmiş insanlara sitayiş edərdilər. Belə bir adətə Roma və Meksikada da rast gəlmək olardı. Lakin bu gün canlı ilahələr təkcə Nepalda qorunub saxlanılıb.

Elə hesab olunur ki, ilahi-uşaq hinduizimdə müharibə tanrısı hesab olunan Durqini təcəssüm etdirir. İlahə obrazına daxil olmaq üçün qızlar astroloji baxımdan uyğun gəlməlidir. Bundan əlavə, ilahə olacaq qızların omba forması (cavan maralınkı kimi olmalıdır) və səs tembrinə (qazın səsi kimi yumşaq olmalıdır) də fikir verilir.

Kumari Devi adlanan ilahə qızlar müxtəlif yerdə yaşayırlar. Onlar ya ailəsi ilə evində, ya da kahinlərin arasında yaşayır. Kumari Dev olmaq üçün qızlar adətən 2-4 yaşından seçilir. İlahə qızlar bir sıra tədbir və mərasimlərdə iştirak edirlər. Bununla belə, bu qızlar müqəddəslik dövründə bir dəfə də olsun ayağını yerə qoya bilməz. Kumari Devləri ya qucaqda, ya da qızıldan hazırlanmış xüsusi kəcavədə daşıyırlar. Bunu 2 səbəbə görə edirlər: birincisi, ilahə təmiz qalır, ikincisi isə onu ziyarət edənlər ilahənin ayaqlarına toxunaraq xəstəliklərinə əlac istəyə bilirlər.

Kumari yetkinlik yaşına çatan kimi müqəddəsliyini itirir. Bundan sonra ilahə qızlar bütün insanlar kimi küçəyə sərbəst çıxa və yeriyə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm