Yağışı yağdırmaq üçün qadınlar saçyolduya çıxdılar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yağışı yağdırmaq üçün qadınlar saçyolduya çıxdılar - FOTOLAR

Meksikanın Querrero şəhərinin Nahuya kənd sakinləri hər ilin may ayında əlbəyaxa davaya çıxırlar. Davada axıdılan qan isə vedrələrə toplanaraq əkin sahələrinin suvarılmasında istifadə olunur.

Publika.az xarici mətbuata xəbər verir ki, kənd sakinlərinin fikrincə, bu qəribə ayin yağış və bol məhsul gətirir.

Meksikada keçirilən festival katolik və İspan adət-ənənələrini özündə birləşdirir. Festivalın ilk günündə qadınlar yuxudan erkən oyanıb bolluca yemək hazırlayırlar. Yeməklər arasında hind toyuğu əti, toyuq, düyü, qayğanaq olur. Yeməklər hazırlanaraq süfrə salınır və kənd sakinləri əlbəyaxa davaya hazırlaşır. Vuruşmazdan əvvəl sakinlər yağış Allahı Tlaloka sitayiş etməyi də unutmur.

Sonra insanlar dövrə yaradılır. Adətən yaşlı qadınlar döyüşkən olduğu üçün gənc qızları "rinq"ə dəvət edirlər. Qadınlar bir-birinin saçını yolur, yumruqlayır və zinət əşyasını dartmağa çalışır. Burada əsas şərt qalib gəlmk yox, qan tökməkdi. Davadan sonra döyüşçülər qucaqlaşır və süfrə başına keçirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm