Bilgi.az
Tarixin ən qəddar arvadları
Məlumdur ki, zərif cinsin nümayəndələri səbirli və mehriban varlıq kimi qəbul edilir. Lakin istisna hallar da mövcuddur.
Publika.az öz ailəsinə qarşı qəddarlıq edən və tarixə düşən qadınları təqdim edir.
1. 2000-ci ildə avstraliyalı Ketrin Nayt ərinə 37 dəfə bıçaq yarası vurub, bundan sonra isə onun ətini qonaq otağında qarmağa çəkərək asıb. Bu azmış kimi, qadın ərinin başını kəsərək qazanda bişirib. Ketrin ərinin bədənini qızardıb, ombasından tərəvəzli sous hazırlayıb. Sonra isə qadın hazırlanan yeməyi uşaqlarına yedizdirmək istəyib. Xoşbəxtlikdən, uşaqlar evə gələnə qədər polis Ketrinin cinayətini aşkar edib.
2. Səudiyyə Ərəbistanında yaşayan qadın 30 ildən sonra ərindən boşanıb. İş ondadır ki, 30 ildən sonra qadının əri ilk dəfə çadra bağlayan arvadına baxmaq istəyib. 50 yaşlı kişi adət-ənənəyə uyğun olaraq, heç zaman arvadını görməyib. Ona görə də günlərin birində maraq kişiyə üstün gəlib və o, arvadı yatarkən çadrasını qaldırıb üzünə baxmaq istəyib. Dərhal yuxudan oyanan qadın onun üzünə baxan ərindən boşanıb.
3. Riçard Batista 1990-cı ildə Donell Batista ilə ailə həyatı qurub. Donell böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün 2 dəfə böyrək köçürülmə əməliyyatına razılıq verib. Lakin hər dəfə yeni böyrəklər qadının bədəninə düşməyib. Bu zaman Donellin həyatını xilas etmək üçün əri öz böyrəyini verməyə razılıq verib. Donell isə ərinin yaxşılığı qarşılığında ona təşəkkür etmək əvəzinə həkimi ilə Riçarda xəyanət edib. Sonda isə sağalan Donell ərindən boşanıb və uşaqları ilə görüşməyə qadağa qoyub.
Nura
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO