Bütün dünya bu sevgililəri axtarır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bütün dünya bu sevgililəri axtarır – FOTOLAR

Paris bir çox təsirli hadisələrə şahidlik edib. Elə bu hadisə də onlardan biri sayıla bilər. Hazırda bütün dünya həyatlarının ən xoş günündə həvəskar fotoqrafın obyektivinə tuş gələn sevgili cütlüyü axtarır.

Publika.az-ın məlumatına görə amerikalı Cen Xerd Bon bu yaxınlarda Parisdə olub və təsadüfən Eyfel qülləsində sevgilisinə evlilik təklifi edən cütlüyün həyəcanlı fotolarını çəkib. Lakin həmin şəxsləri tanımayan Cen Xerd Bon fotoları "Facebook" sosial şəbəkəsində paylaşaraq cütlüyü tapmaqda kömək istəyib:

"Mən təsadüfən bu cütlüyün fotolarını çəkdim. İstəyirdim ki, onlara hədiyyə edim. Amma onları itirdim. Sevgililəri tapmaqda kömək edin!"

Fotoqrafın fikrinə görə, həmin şəxslər öz geyimlərinə görə daha çox amerikalıya bənzəyiblər.

Cenin bu müraciətindən sonra sevgililəri tapmaq ümidilə dünyanın müxtəlif ölkələrindən yüz minlərlə istifadəçi fotoları paylaşıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm