• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“…15 ildir ki, anam məni dünyaya gətirmədiyinə görə təəssüflənir” – Dünyanın ən təsirli abidələri – FOTOLAR

  • Maraqlı
  • 6 İyul 2015 10:37
  • 1 387 Baxış
“…15 ildir ki, anam məni dünyaya gətirmədiyinə görə təəssüflənir” – Dünyanın ən təsirli abidələri – FOTOLAR

Bütün dünyada abidələr hansısa hadisənin, insanın və ya xalqın xatirəsini əbədiləşdirmək üçündür. Lakin elə abidələr var ki, onlara ürək ağrısız yaxınlaşmaq mümkün olmur. Hətta bəzilərinin qarşısında göz yazlarını saxlaya bilmirsən.

Publika.az dünyanın ən ürək ağrıdan abidələrinin fotolarını təqdim edir. Burada fotosu verilən abidələrdən birinin üzərində körpənin dilindən bu sözlər yazılıb:

"Anam hamilə olanda qrip keçirib. Həkim ona məni məhv etməyi məsləhət görüb. Anam mənim xəstə doğulacağımı deyən həkimə inanıb. O zaman anama elə gəlib ki, o, düz hərəkət edir. Artıq 15 ildir ki, anam məni dünyaya gətirmədiyinə görə dərindən təəssüflənir".

Digər bir abidə isə Budapeşt şəhərində 2005-ci ildə qoyulub. Bu, Dunay sahillərində güllələnən yəhudilərə həsr olunub. O zaman hər kəsə cərgə ilə düzülmək, ayaqqabılarını çıxarmaq əmr olunub və güllələr açılıb. Ölənlər dənizə tökülüb, sağ qalanlar isə qorxudan özlərini suya tullayıblar. Bununla faşistlər gülləyə qənaət ediblər. Həmin ayaqqabılar isə sonradan satışa çıxarılıb. Orada 60 cüt kişi, qadın və uşaq ayaqqabısı olub. Amma Dunay sahilində ölənlərin sayını dəqiq müəyyən etmək mümkün olmayıb.

Dünyanın ən təsirli abidələrindən biri də məşhur it Xatiko ilə bağlıdır. 1920-ci ildə Yaponiyalı professor Xidesamuro Ueno işə gedərkən iti Xatiko da onu vağzala qədər müşayiət edib və işdən qayıdana qədər onu gözləyib. Professor iş vaxtı dünyasını dəyişir və geri qayıtmır. İt isə o vaxtdan on illər ərzində həmin vağzala gəlir və sahibini gözləyir. Bu, Xatikonun ölümünə, yəni 1935-ci ilə qədər davam edib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR