Qadın daşımaq üzrə yarış - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadın daşımaq üzrə yarış - FOTOLAR

Finlandiyanın Sonkayarvi şəhərində qadın daşımaq üzrə yarış keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yarışmada Finlandiya, Estoniya, Rusiya, Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən ümumilikdə 70 evli cütlük iştirak edib.

Yarışın qalibi Finlandiyadan Ville Parviaynen və Sari Vilyanen olub. İkinci yerin də qalibi Finlandiyadan Taysto Miettinen və Kristina Haapanen olub. Rusiyadan Dmitri Saqal və Anastasiya Loqinova yarışın bürünc medalçılarıdır.

Yarışın şərtlərinə görə, cütlüklər 253,5 metr məsafəni və maneəli yolları aşmalıdır. Qadın daşıma çempionatının əsas şərti isə odur ki, ər arvadını çiynində başıaşağı vəziyyətdə daşıyıb vaxtında finiş xəttinə çatmalıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm