• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Çoxərliliyin dəb olduğu tayfa - FOTOLAR

  • Maraqlı
  • 8 İyul 2015 00:51
  • 1 769 Baxış
Çoxərliliyin  dəb olduğu tayfa - FOTOLAR

Afrikada yaşayan Vodaabe tayfasında keçirilən gözəllik yarışının məqsədi qadının qəlbini fəth etməkdir. Bu gözəllik yarışında qadınlar yox, məhz kişilər iştirak edir və çoxarvadlılığın əksinə olaraq ,Vodaabe tayfasının qadınları özünə bir neçə ər seçir. Ona görə də, Vodaabe dünyanın ən azad və gözəl insanların yetişdiyi tayfa hesab olunur. Bu azmış kimi, kişilər həmişə cibində güzgü gəzdirir. Bununla da, kişilər xarici görkəminin qeydinə qalmağa çalışır.

Vodaabe tayfası Afrika boyunca köç edərək Niger, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad və Nigeriya kimi ölkələrin ərazisində məskunlaşır.

Hər il yağışlar başlamazdan əvvəl Vodaabi tayfasından olan kişilər Yaake bayramında rəqsə hazırlaşır. Özünə yoldaş tapmaq üçün kişilər 3 qadının ətrafında rəqs edir. Qadınlar da öz növbəsində istədiyi qədər özünə ər seçə bilər.

Bundan əlavə, tayfa qızları evlənməzdən əvvəl istədiyi şəxslə istədiyi yerdə intim münasibətdə ola bilər. Tayfa qanunlarına görə, əri kifir olan qadın ondan qaça bilər. Adətən Yaake rəqslərinə kişilər öz arvadlarını aparmaqdan imtina edir. Çünki kişilər arvadlarının başqa birinə göz qoyaraq onu ər kimi evə gətirməsini yaxşı qarşılamır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR