Sürücülərin nəzərinə! Bu işıqla ehtiyatlı olun
Bizi izləyin

Avto

Sürücülərin nəzərinə! Bu işıqla ehtiyatlı olun

Hər il minlərlə sürücü yanacaq göstəricisindəki xəbərdarlıq işığına əhəmiyyət vermədiyi üçün qəzaya düşür.

Publika.az xəbər verir ki, 2 milyon sürücünün ucuz yanacaq tapmaq ümidi ilə davamlı xəbərdarlıq işığı ilə avtomobili idarə etdikləri üzə çıxıb.

Bildirilir ki, qadınlar bu məsələdə daha ehtiyatlıdırlar. Yanacağın bitməsinə görə yollarda qalanların yarısından çoxu məhz kişilərdir.

Müasir avtomobillərdə mayenin bitməsi səbəbi ilə vasitəyə zərərin dəyməsi təhlükənin yaranması riskini daha da böyüdür. Çünki mütəxəssislərin fikrincə, yeni vasitə sistemləri daha həssasdır və bu tip ziyanlara dözümlülükləri daha aşağıdır. Tükənən yanacağın sükan və əyləcə də təsiri var.

Tövsiyə olunur ki, yolun vəziyyətinə görə 60 ilə 80 kilometr arasında sürətə çıxın. Ani əyləc və sürətlənmələrdən qaçın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm