8 milyon dollara avtomobil nömrəsi
Bizi izləyin

Avto

8 milyon dollara avtomobil nömrəsi

Auksionda ümumilikdə 26.9 milyon dollar dəyərində nömrələr satılıb.

Birləşmiş Ərəb Əmirliyindən olan biznesmen Əbu-Dabidə keçirilən auksionda avtomobilinə "1" qeydiyyat nömrəsi almaq üçün 8.45 milyon dollar pul ödəyib.

Publika.az xəbər verir ki, 32 yaşlı biznesmen Abdulla əl-Məhri "Mən bu nömrə üçün istənilən məbləği ödəməyə hazır idim" - deyə ona yönəldilən sualı cavablandırıb.

Auksionda ümumilikdə 26.9 milyon dollar dəyərində nömrələr satılıb. BƏƏ-dən olan daha iki biznesmen "7" və "50" nömrələri üçün 3.65 və 1.85 milyon dollar ödəyiblər. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm