Azərbaycan nömrəli maşın Türkiyəni bir-birinə qatdı - - FOTO
Bizi izləyin

Avto

Azərbaycan nömrəli maşın Türkiyəni bir-birinə qatdı - - FOTO

Türkiyədə Azərbaycana aid dövlət qeydiyyat nişanlı avtomobil polisi ayağa qaldırıb.

Türkiyədə Azərbaycana aid dövlət qeydiyyat nişanlı avtomobil polisi ayağa qaldırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis gecə saatlarında Bursa şəhərində «Mobese» kameralarına tuş gələn 27 BR 230 nömrəli avtomobilin dövlət qeydiyyat nişanının başqa bir marka və model maşına aid olduğunu müəyyən edib.

27 BR 230 dövlət qeydiyyat nişanlı Audi markalı maşın «Mobese» kameralarına düşüb. Amma rəsmi qeydiyyatda həmin nömrəli avtomobil Opel Corsa markalı avtomobilə aid olub.

Partlayıcı maddə yüklü olduğu ehtimal edilən avromobil tapılıb, dayanacağa gətirildikdən sonra hər şey ortaya çıxıb.

Türkiyədə qeydiyyatda olan avtomobilin nömrəsinə eyni ilə bənzəyən, ancaq Azərbaycan qeydiyyatında olan maşının sahibinin Bursaya qohumlarını ziyarətə gəldiyi məlum olub. Polis müşahidə kamerasında Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobillərin nömrələrində olan «AZ» abventurası görməyib.

Hadisə Bursa şəhərinin Yıldırım qəsəbəsinən Yediselviler məhləsində baş verib. Araşdırmalar nəticəsində məlum olub ki, avtomobil Azərbaycan vətəndaşı Ömər Əyyuboğluna məxsusdur. (missiya.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm