Daha bir avtomobil brendi Azərbaycana gəlir
Bizi izləyin

Avto

Daha bir avtomobil brendi Azərbaycana gəlir

Daha bir avtomobil brendi Azərbaycana gəlir

Daha bir avtomobil brendi Azərbaycana gəlir. Söhbət İtaliya avtomobil brendi “Alfa Romeo”dan gedir.

Fins.az-ın əldə etdiyi məlumata görə, artıq marka Azərbaycan bazarına da daxil olur. Avtomobillərin satışını İtaliya superkarlarının Azərbaycanda rəsmi idxalçısı “Avtolux Azerbaijan” şirkəti həyata keçirəcək. Brendin yanvar ayında təqdimatı gözlənilir. İlkin olaraq “Alfa Romeo”nun biznes sinfinə aid modellərinin satışı planlaşdırılır.

Qeyd edək ki, bununla da “Avtolux Azerbaijan”ın satışı həyata keçirdiyi avtomobil brendlərinin sayı 4-ə çatır. Bundan əvvəl şirkət “Ferrari”, “Lamborghini” və “Aston Martin” superkarlarının rəsmi təmsilçisi idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm