Alman şirkəti 50 min avtomobili geri çağırır
Bizi izləyin

Avto

Alman şirkəti 50 min avtomobili geri çağırır

Qüsurları istehsalçı şirkət təmənnasız aradan qaldıracaq.

Almaniyanın "Volkswagen" şirkəti Çindən təxminən 50 min avtomobili əyləc sistemindəki qüsurlara görə geri çağırır.

Publika.az AZƏRTAC-a istinadən bildirir ki, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, fevralın 6-dan başlayacaq proses çərçivəsində 2012-ci ilin iyulundan 2015-ci ilin aprelinədək olan dövrdə istehsal olunan "Beetle" və "Golf" modelləri geri çağırılacaq. Qüsurları istehsalçı şirkət təmənnasız aradan qaldıracaq.

"Volkswagen" qüsurlar aradan qaldırılmayanadək sürücülərə həmin nəqliyyat vasitələrinin "kruiz control" sistemindən istifadə etməməyi tövsiyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm