Azərbaycanda tragikomik hadisə - - VİDEO
Bizi izləyin

Avto

Azərbaycanda tragikomik hadisə - - VİDEO

Azərbaycanda tragikomik hadisə

İndiyə kimi heç bir avtomobili olmadığı halda adına sürət həddinin aşması ilə bağlı protokol gəlib.

Publika.az xezerxeber.az-a istinadən bildirir ki, maraqlı hadisə Cəlilabad rayon Təklə kənd sakini Ceyhun İbişovun başına gəlib. Bir müddət əvvəl onun ünvanına gələn məktubda qeyd edilib ki, paytaxtın Moskva prospektində minik avtomobili ilə sürət limitinin saatda 60 km olduğu ərazidə avtomobili 72 km sürətlə idarə edib.

Ceyhun İbişov isə nəinki Bakıda avtomobil idarə etdiyini indiyə kimi heç bir avtomobili olmadığını deyir. Məsələni aydınlaşdırmaq üçün Cəlilabad rayon polis şöbəsinə müraciət edəndə isə məlum olub ki, həmin avtomobil texniki pasportunda Rəsulova Səltənət adlı xanımın adınadır. Lakin avtomobilin idarə edilməsi üçün Ceyhun İbişovun adına bir illik etibarnamə verilib.

Olmayan avtomobilinə görə cərimənin ləğv olunmasını istəsələr də hələlik bu baş verməyib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, hadisə ətraflı araşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm