Avto
Azərbaycanda ötən il satılan ən bahalı avtomobilin qiyməti açıqlandı
Azərbaycanda açıq maşın bazarında təklifə çıxarılan avtonəqliyyat vasitələrinin ən maksimal qiyməti 300-320 min manat civarındadır.
Publika.az xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Ekspert bildirib ki, qapalı avtomobil bazarında təklif olunan avtomobillərin qiyməti isə bəzi hallarda 500 min manatdan yuxarıdır: "Həmin avtomobillər məhdud dairədə alınıb satıldığı üçün açıq bazarda təklif olunmur".
R.Osmanlı vurğulayıb ki, dəqiq say məlum olmasa da, 2016-cı il ərzində bahalı avtomobillərin alqı-satqısının həyata keçdiyi barədə məlumatlar var: "Ancaq bu kateqoriyadan olan avtomobillərin də alqı-satqısı ötən illərlə müqayisədə aşağı düşüb".
Azərbaycana ümumi avtomobil idxalına gəlincə isə, R.Osmanlı bildirib ki, 2016-cı ilin yekunlarına əsasən, Azərbaycana idxal olunan avtomobillərin sayı 15 mindən aşağı olub: "Əvvəlki illərdə isə bu rəqəm xeyli yüksək olub. Misal üçün 2014-cü ilin sonunda bu rəqəm 100 mindən çox olub".
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı