Maşın nömrəsinə 158 min dollar ödədi - - FOTO
Bizi izləyin

Avto

Maşın nömrəsinə 158 min dollar ödədi - - FOTO

Rekord yeniləndi.

İsveçrə vətəndaşı Vale kantonunun hökumət orqanı tərəfindən hərraca çıxarılan avtomobilin nömrə nişanına görə ölkə üçün rekord məbləğdə - 158 min dollar ödəyib.

Publika.az xəbər verir ki, hərracın təşkilatçıları nömrə nişanını hərraca bir ay bundan öncə - fevralın 15-də çıxarıb. “VS 1” nömrə nişanı 17 nəfərin diqqətini çəksə də, hərracın qalibi “Matrans” təxəllüslü anonim iştirakçı olub. O, 133 min dollarlıq (135 min frank) “SG 1” nömrə nişanına aid rekordu yeniləyib. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm