2000-dən çox "Audi" geri çağırıldı
Bizi izləyin

Avto

2000-dən çox "Audi" geri çağırıldı

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

“Volkswagen Qrup Rus” şirkəti Rusiyada 2300-dən çox “Audi” markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar sukeçiricilərin yaxşı işləməməsi ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2010-2017-ci illər arasında Rusiyada satılmış Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm