"Toyota" uçan avtomobil istehsal edir - - VİDEO
Bizi izləyin

Avto

"Toyota" uçan avtomobil istehsal edir - - VİDEO

"Skydrive" adlı uçan avtomobil 3 metr uzunluğa və 1,5 metr enə malik olacaq.

Yaponiyanın avtonəhəngi hesab edilən "Toyota" şirkəti uçan avtomobillərin istehsalını maliyyələşdirməyə başlayıb.

Publika.az xəbər veri ki, şirkətin "The Nikkei Asian Review" portalına verdiyi açıqlamaya görə, istehsalı 2019-cu ilə planlaşdırılan "Skydrive" adlı uçan avtomobilin maliyyələşdirilməsinə təxminən 350 min dollar vəsait ayrılıb.

2012-ci ildən korporasiyanın bir neçə əməkdaşı bu layihə üzərində işləyir. İndi layihənin müvəffəqiyyətlə reallaşdırılması üçün əlverişli imkanlar yaranıb.

Mütəxəssislər avtomobilin maketini artıq hazırlayıblar. "Skydrive" adlı uçan avtomobil 3 metr uzunluğa və 1,5 metr enə malik olacaq.

"Skydrive" avtomobillərini havaya üfüqi səthdə yerləşdirilmiş dörd mühərrik qaldıracaq. Avtomobilin 10 metr yüksəkliyə qədər uça biləcəyi deyilir. "Skydriver" avtomobilinin maksimal sürəti saatda 100 kilometr təşkil edəcək.

Hal-hazırda mütəxəssislər dörd mühərrikin avtomobili havada stabil şəkildə saxlaya biləcəyini dəqiqləşdirməyə çalışırlar. Bu," istehsalda yaran biləcək ən ciddi problemdir.

"Skydrive" 2020-nin təqdimat videosu artıq Yutub sosial şəbəkəsində təqdim olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm