9 minə yaxın “Jeep” geri çağırıldı - SƏBƏB?
Bizi izləyin

Avto

9 minə yaxın “Jeep” geri çağırıldı - SƏBƏB?

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün...

"FCA RUS" şirkəti Rusiyada 9 minə yaxın "Jeep" avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar ötürücülər qutusunda elektron selektorunda qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-2016-cı illərdə Rusiyada satılmış "Grand Cherokee" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm