Yeni nəsil elektriklə çalışan maşınlar satışda
Bizi izləyin

Avto

Yeni nəsil elektriklə çalışan maşınlar satışda

Bir dəfəyə 350 km yol gedəcək.

Bir dəfəyə 350 km yol gedəcək

Elektriklə çalışan avtomobil istehsalçısı “Tesla” növbəti modelini təqdim edib. Şirkətin rəhbəri Elon Mask bu barədə öz “Twitter” hesabından məlumat verib.

“Model 3” adlanan modelin qiyməti 35 min dollar olacaq. Avtomobil 350 km məsafəyə qədər fasiləsiz çalışa biləcək. İdman maşını hesab edilən “Model 3” saatda 100 km/saat sürəti altı saniyəyə yığır.

Şirkət bu il həftədə 5 min, gələn ildən isə həftədə 10 min maşın satmağı planlaşdırır.

Təqdimatdan sonra “Tesla”ya maraq böyük olub. Artıq “Model 3”-ə sahib olmaq istəyən 500 min nəfər depozit ödənişi edib.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm