"Mercedes" 3 milyon avtomobilini geri çağırdı
Bizi izləyin

Avto

"Mercedes" 3 milyon avtomobilini geri çağırdı

Almaniyanın məşhur avtomobil şirkəti "Mercedes" Avropada olan dizel motorlu maşınları geri çağırıb.

Publika.az xəbər verir ki, buna səbəb dizel motorlu avtomobillərin dəyərindən yüksək qiymətə satılması iddiası olub.

Almaniyanın Ştutqart məhkəməsi tərəfindən aparılan istintaq çərçivəsində "Mercedes" şirkətinin 2008-2016-cı illər arasında emissiya dəyəri icazə verilən dəyərdən yüksək təyin edilən 1 milyondan çox avtomobili ABŞ və Avropaya satdığı ortaya çıxıb.

Avtomobillərin OM 642 VƏ OM 651 motorlarındakı bir parçada aparılan emissiya dəyərinin yoxlanılması əsnasında keyfiyyətin normal səviyyəyə nisbətən daha aşağı olması üzə çıxıb.

Bu iddiaların ardınca "Mercedes Benz"in rəsmi distibütoru Dieter Zetşe tərəfindən verilən açıqlamada dizel motorlu avtomobillərə olan güvəni gücləndirmək məqsədilə Avro 5 və Avro 6 standartlarına sahib 3 milyondan çox dizel motorlu avtomobili geri çağırıb.

Gələn həftədən etibarən start götrəcək geriçağırılmanın toplam xərcinin 220 milyon avro olacağı və avtomobil sahiblərinə hər hansı kompensasiya ödənilməyəcəyi bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm