“Audi” adını dəyişir: Yeni adlar belə olacaq
Bizi izləyin

Avto

“Audi” adını dəyişir: Yeni adlar belə olacaq

Dünyanın öndə gedən avtomobil istehsalçılarından olan “Audi” şirkəti məhsullarının adlandırılma siyasətini dəyişdirməyə qərar verib.

Publika.az xəbər verir ki, yeni dövrdə motor gücünü göstərən rəqəmləri güc dəyərini göstərən rəqəmlər əvəzləyəcək.

Şirkətdən verilən açıqlamaya görə, “A1”dən “Q7”ə qədər uzanan adlar zənciri olduğu kimi qalacaq, lakin modelin motor gücünü göstərən sistem dəyişdiriləcək.

Məsələn, güc dəyəri 145 ilə 159 at gücü arasında olan motor “35” dəyəri ilə göstəriləcək. 108 ilə 128 at gücünə sahib A3 markalı motor isə “A3 30” kimi təqdim ediləcək.

Markanın sadəcə RS, R8 və S modelləri ad dəyişikliyinə məruz qalmayacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm