Yeni "Land Rover" GƏLİR - Elektrik motorlu...
Bizi izləyin

Avto

Yeni "Land Rover" GƏLİR - Elektrik motorlu...

"Jaguar Land Rover" şirkəti artıq tamamilə yeni model hazırlayır.

Publika.az bildirir ki, yeni model "Road Rover" adlandırılacaq, "Mercedes-Benz S"-sinfinin rəqibi ola biləcək və elektriklə işləyəcək.

Tam ötürücü sistemi 2 elektromotor təmin edəcək. Təmtəraqlı elektrokarın gediş ehtiyatının təxminən 500 kilometr təşkil edəcəyi planlaşdırılır və ilk 100 km/saatı o, 5.5 saniyə ərzində yığa biləcək.

Gözlənilir ki, "Road Rover" 2019-cu ildə Los-Ancelesdə noyabr sərgisində nümayiş etdiriləcək. Markanın qiymətinə gəlincə, "Road Rover" təxminən 102 min avro dəyərləndirilir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm