Yeni “Niva” GƏLİR
Bizi izləyin

Avto

Yeni “Niva” GƏLİR

"Avtorevyu" nəşri "Lada 4x4" – daha çox "Niva" adı ilə tanınan yolsuzluq avtomobilinin növbəti nəslinin yaradılması üzərində işlərin gedişi haqqında məlumat yayıb.

Publika.az bildirir ki, daha əvvəl yer alan şayiələr təsdiqlənib. Belə ki, "Niva" “Reno Daster” krossoverinin platformasında yaradılacaq.

"Avtorevyu" eyni zamanda qeyd edir ki, yeni yolsuzluq maşını 1.6 litr həcmli “Nissan HR16”in benzin motoru ilə təchiz ediləcək. Transmissiya ilə bağlı hələ ki müəyyənliklər yoxdur.

İlkin məlumata görə, növbəti nəsilin "Niva"sı ilk dəfə 2021-ci ildə işıq üzü görəcək.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm