İTALYAN ŞEDEVRLƏRİ: Yeni “PORSCHE” qiymətinə köhnə "FİAT"lar… - FOTOLAR
Bizi izləyin

Avto

İTALYAN ŞEDEVRLƏRİ: Yeni “PORSCHE” qiymətinə köhnə "FİAT"lar… - FOTOLAR

Əgər Almaniya öz avtomobillərinin etibarlılığı və işləməsinin mükəmməlliyi ilə məşhurdursa, italiyalılar ənənəvi gözəllik və dizayner cəsarəti ilə lovğalana bilərlər.

Publika.az bildirir ki, 28 oktyabrda “avromaşın” həvəskarları İtaliyanın Paduya şəhərinə yığışdılar. Alıcılar Britaniyanın “Bonhams” hərrac evinin təşkil etdiyi hərracda “FIAT”, “Lancia”, “Maserati” və “Delahaye” markalarının ən nadir nüsxələri üçün sövdələşdilər. Hərracın italyan şedevrlərini diqqətinizə çatdırırıq.

“FİAT 1100 TV”, 1953-cü il

İlk dəfə Paris avtosalonunda nümayiş etdirilmiş 1953-cü ilin “Fiat 1100 TV” (Turismo Veloce - "turist sürəti") avtomobili öz dövrünün dizayn üzrə inqilabçısı idi. 780 nüsxə Pininfarina atelyesində buraxılmışdı. Onlardan biri ilkin qiymət olaraq 86 min dollara hərracda təqdim edilib.

“FİAT 1100-B Derby”, 1949-cu il

“508 Balilla” modelinin müharibədən sonrakı versiyası və daha güclü mühərriklə Bertone atelyesində istehsal olunub. Hərrac üçün ilkin qiymətləndirmə 137 min dollar təşkil etdi.

“FIAT 750 Vignale Spyder”, 1963-cü il

Vignale atelyesinin məhsulu, Enso Ferrarinin sevimli dizaynerləri tərəfindən hazırlanmış avtomobil “FIAT 600 D”-nin uzadılmış versiyası əsasında ərsəyə gəlib. Qiymətləndirmə 34 min dollar.

“Alfa Romeo Giulietta Spider 'Sebring' Barchetta”, 1961-ci il

Klassik idman modeli. Qiymətləndirmə 61 min dollar.

“Lancia Flaminia Sport 3C Coupé”, 1962-ci il

Cəmi 400 nüsxə buraxılmış Zagato atelyesinin məhsulu. Maşının bərpası üçün onun əvvəlki sahibi 180 min avro xərcləyib. Buradan da yüksək qiymətləndirmə nəzərdə tutulub: 516 min dollar.

“OSCA 1600 GT”, 1965

Mazerati qardaşları öz adlarına olan şirkətini 1937-ci ildə satdılar. Onların 1967-ci ilə qədər fəaliyyət göstərmiş yeni şirkəti “Officine Specializzate per la Costruzione Automobili Fratelli Maserati” (OSCA) adlanırdı. Şirkətin son buraxılılışlarından biri 240 min dollar qiymətləndirildi.

“Delahaye 135M”, 1948-ci il

Fransanın ən köhnələrindən sayılan (1894-cü ildə əsası qoyulub) avtomobil şirkətlərindən biri heç vaxt öz kuzovunu istehsal etməyib, onlar bunun üçün kənar atelyeyə - italyan studiyası Viottinin zövqünə etibar edirdilər. Kabriolet hərracda 223 min dollar qiymətləndirilib.

“Bertone X1 / 9 1500”, 1988-ci il

“FIAT” məşhur “X1/9” idman markasının buraxılışını 1982-ci ildə dayandırdıqdan sonra kifayət qədər məşhur maşının istehsalını Bertone atelyesi öz üzərinə götürdü. Təqdim edilmiş lot son buraxılmış nüsxələrdən biridir. Qiymətləndirmə 34 min dollar.

“Alfa Romeo 1900C Sprint”, 1953-cü il

1950-ci illərin ən zərif italyan maşınlarından biri; bundan əlavə nadir nüsxə sayılır ki, cəmi 100 ədəd buraxılıb. Qiymətləndirmə 448 min dollar.

“Maserati 3500 GT Spyder”, 1960-cı il

Məşhur konstruktor Covanni Mikelottinin şedevri klassik spayder “Maserati”nin xüsusi təqdimata ehtiyacı yoxdur. Qiymətləndirmə 776 min dollar.

“Lancia Flaminia Cabriolet”, 1961-ci il

“Flaminia” sedanlarının seriyası məşhur atelye Pininfarinada işlənib hazırlanırdı. Kabrioletləri isə əfsanəvi şirkət Touring "geyindirirdi". Qiymətləndirmə 207 min dollar.

“Citroen SM”, 1972-ci il

Bu tipik "Citroen" kapotunun altında saatda 225 kilometrə qədər sürət yığmağa qadir olan 2.7-litrlik altısilindrli mühərrik yerləşir. Qiymətləndirmə 34 min dollar.

“FIAT-Abarth Monomille GT”, 1963-cü il

Az litrajlı “FIAT 600D” tamamilə əl ilə yığılırdı və “Porsche 356”dan daha baha idi. Bu möcüzə-maşından cəmi yüzə yaxın nüsxə buraxıldı ki, indiyə qədər yalnız dördü qalır. Qiymətləndirmə 120 min dollar.

“De Tomaso Vallelunga”, 1967-ci il

Arqentinalı yarışçı de Tomazo Alexandro 1950-ci illərin əvvəllərində İtaliyaya köçdü. “Maserati” və “OSCA” avtomobillərində yarışan Tomazo bu dəfə yüngül idman avtomobillərinin istehsalı üzrə şəxsi şirkətinin əsasını qoymağa qərar verdi. Təqdim edilmiş model ən nadirlərdən biridir və yalnız 50 nüsxə buraxılıb. Qiymətləndirmə 258 min dollar.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm