Taksiyə mindi, 18 min avro borcla düşdü
Bizi izləyin

Avto

Taksiyə mindi, 18 min avro borcla düşdü

Avstraliyada taksi sürücüsü qəribə iddia ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, Almaniya mediasında yayımlanan xəbərə görə sürücünün dedikləri hər kəsi təəccübləndirilib.

Belə ki, Vyanadan olan 47 yaşlı taksi sürücüsü oktyabr ayının əvvəlində Monakoda bir müştərinin onu Fransanın Nitsa şəhərinə aparmasını istəyib. Oradan Belçikanın paytaxtı Brüsselə getmək istəyib. Daha sonra isə müştəri Londona getmək istədiyini deyib, oradan Slovakiyanın Jilina şəhərinə gediblər. Oradan isə Almaniyanın şimalındakı Reyn Vestfaliya əyalətində Bad Münstereifel şəhərinə gediblər. Burada iki gecə qalandan sonra müştəri İngiltərənin paytaxtı Londona getmək istəyib.

Londona çatanda taksi sürücüsü artıq yola davam edə bilməyəcəyini deyib və müştərinin 18 min avro borcunun olduğunu deyib. Müştəri isə cavabında pulunun olmadığını deyib. Ancaq Meksikadakı bank hesabında pul olduğunu bildirib. Taksi sürücüsü müştəri ilə birlikdə Meksikaya uçub, orada aldadıldığını öyrənib. Müştəri onu Meksikada qoyaraq qaçıb. Taksi sürücüsü arvadının aldığı biletlə Londona qayıdıb və hadisə ilə bağlı Almaniya polisi araşdırmaya başlayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm