Yük maşınına lüt qız şəkli vurdular - 24 saata 500 qəza baş verdi - - FOTO
Bizi izləyin

Avto

Yük maşınına lüt qız şəkli vurdular - 24 saata 500 qəza baş verdi - - FOTO

Reklam lövhəsi kimi istifadə edilən yük maşınının üzərinə vurulan açıq-saçıq şəkil yolda zəncirvari qəzalara səbəb oçub.

Publika.az xəbər verir ki, "Safaran reklam" agentliyinə məxsus yük maşınının üzərində sinə ucları mavi lentlə örtülü çılpaq qadın şəkli vurulub. Üzü görünməyən qadın şəklinə baxan sürücülərdən birinin törətdiyi qəzada zərərçəkən 35 yaşlı İldar Yuriyev hadisələri belə təsvir edib:

"İş görüşməsinə gedirdim. Birdən işıqforda dayandığım yerdə arxadan gələn avtomobil mənim maşınıma çırpıldı. Yol kənarında dayanan yük maşınının reklam lövhəsi sürücünün diqqətini dağıtdığı üçün qəza törədib".

"Safaran reklam" agentliyi isə qəzaya görə zərərçəkmiş şəxsin bütün xərclərini qarşılayacağını bildirsə də, qeyri-etik reklam lövhəsinə görə üzr istəməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm